Məxfilik siyasəti
2026-11-01
Bu, sahibkarlıq dərsi üçün hazırlanmış nümayiş versiyasıdır. Sənəd layihədir, hüquqşünas tərəfindən yoxlanılmayıb.
Hansı məlumatları toplayırıq
Hesab: ləqəb, e-poçt, şifrənin şifrələnmiş forması, yaş qrupu, Baji-ni kim üçün istifadə etdiyin, dil və planın.
Profil şəkli: istəyə bağlıdır, yalnız sənə görünür. Üzünü göstərən şəkil yükləmək lazım deyil.
Aybaşı təqvimi: qeyd etdiyin tarixlər. Bunu məsləhətçilər görmür və admin panelində yoxdur.
Söhbətlər: məsləhətçilərə yazdığın mesajlar. Bu mesajlarda sağlamlıq məlumatı ola bilər.
Sifarişlər: alan şəxsin adı, telefon, ünvan, kuryer üçün qeyd və sifariş edilən məhsullar.
Nə üçün istifadə edirik
Hesabını işlətmək, səni məsləhətçi ilə birləşdirmək, plan limitlərini tətbiq etmək və sifarişi rəsmiləşdirmək üçün. Məlumatını satmırıq, reklam üçün istifadə etmirik və süni intellekt öyrətmək üçün vermirik.
Kim görür
Seçdiyin məsləhətçi söhbəti, ləqəbini, yaş qrupunu və Baji-ni kim üçün istifadə etdiyini görür. E-poçtunu görmür. Anonim yazanda ləqəbini də görmür. Serverə texniki çıxışı olan layihə komandası da məlumatları görə bilər.
Nümayiş versiyasında demo məsləhətçi hesablarına hər kəs daxil ola bilər, ona görə həmin hesablara yazılanları başqaları oxuya bilər. Burada real məlumat yazma.
Kukilər və brauzer yaddaşı
Giriş üçün bir sessiya kukisi işlədirik, o, 28 gün qalır. Səbət brauzerinin yaddaşında saxlanılır. Reklam və analitika kukiləri yoxdur.
Saxlama müddəti
Məlumatlar hesabını silənə qədər saxlanılır. Bu nümayiş versiyası bağlananda baza silinəcək.
Uşaqlar
Xidmətin əsas oxucuları yeniyetmələrdir, ona görə az məlumat istəyirik və əsl ad tələb etmirik. 14 yaşdan kiçik istifadəçilər hesabı yalnız valideynin və ya qəyyumun icazəsi ilə aça bilər. Valideyn uşağın hesabının silinməsini tələb edə bilər.
Hüquqların
Məlumatlarınla tanış olmaq, düzəliş etmək və silinməsini istəmək hüququn var. Hesab səhifəsindəki düymə ilə hesabını, söhbətlərini və sifarişlərini həmişəlik silə bilərsən.
Təhlükəsizlik
Əlaqə HTTPS ilə şifrələnir, şifrələr açıq saxlanılmır, sessiya kukisi saytın skriptlərinə əlçatan deyil. Heç bir sistem tam təhlükəsiz deyil.
Əlaqə
Rəsmi əlaqə məlumatları xidmət işə düşməzdən əvvəl burada göstəriləcək.